FHN əməkdaşları Bakıda 69 yaşlı kişini batmaqdan xilas etdilər

  21 Haz 2026    Oxunub:1
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaş batma təhlükəsi ilə üzləşib.
Ekologiyatv.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Sadiq Qubad oğlu Quliyev dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.



Xəbər lenti