Təhsildə uzun illərdir uğurla fəaliyyət göstərən Bahar müəllimə həm yerli, həm də beynəlxalq səviyyədə qazandığı nailiyyətlərlə seçilib. Onun pedaqoji fəaliyyəti dövründə əldə etdiyi uğurlar və təltiflər, peşəkarlığının və əzmkarlığının bariz nümunəsidi.

O, zəhməti, peşəkarlığı və fədakarlığı ilə yüzlərlə şagirdin həyatında iz qoymuş nüfuzlu pedaqoqlardandır. Onun həm yerli, həm də beynəlxalq səviyyədə qazandığı nailiyyətləri, müəllim adının şərəf və məsuliyyətini necə daşıdığını bir daha sübut edir. Bahar müəllimənin digər müəllimlərdən fərqi fəaliyyətində insanlara bilikdən daha çox dəyər, ümid və motivasiya verməsidir.
Presedenttv.com- un verdiyi məlumata görə, Bahar müəllimə 2001–2003-cü illər ərzində Amerika Səfirliyinin Təhsil Şurası tərəfindən həyata keçirilən layihələrdə iştirak etmiş, I və II turların qalibi olaraq təltifnamə və sertifikatlarla mükafatlandırılmışdır.

2009-cu ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, həmin ilə qədər bir sıra yerli və beynəlxalq layihələrdə iştirak edərək uğurlar əldə etmişdir.
O, həmçinin Macarıstan, İngiltərə, Çexiya və Türkiyədə müxtəlif ixtisasartırma kurslarında iştirak etmiş, bu proqramları uğurla tamamlayaraq müvafiq sertifikatlarla təltif olunmuşdur.
2017-ci ildə Bahar müəllimə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ordenə layiq görülmüş və ona "Əməkdar müəllim" fəxri adı verilmişdir.Bahar müəllimə hazırda pensiyada olsa da, təhsilə verdiyi töhfələr və qazandığı uğurlar unudulmazdır. Onun fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Xüsusi müxbir; İntizar Əmirova








