İddialara əsasən, meşə fonduna daxil olan ərazidə ağacların qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi halları baş verir. Meşə idarəsinin rəhbəri Nəsib bəy və əraziyə cavabdeh meşəbəyləri hara baxır? Baş verənlərlə bağlı hər hansı açıqlama verilməyib və bu barədə heç bir tədbir görülmədiyi bildirilir.
Bəzi mənbələrin verdiyi məlumata görə, ərazidə qanunsuz şəkildə ət kötüklərinin kəsilməsi də qeydə alınıb. Bu isə həm təbiətə, həm də qanunlara açıq-aşkar ziddir.Qarşı tərəfin mövqeyini öyrənməyə və cavablarını dərc etməyə hazırıq.
Müxbir: İntizar Əmirova








