Zaqatalada “Tofaş” və BMW-nin toqquşması ölümlə nəticələndi

  6 Haz 2026    Oxunub:1
Bu gün gecə saat 2 radələrində Zaqatala şəhəri ərazisində "Tofaş" və BMW markalı avtomobillər toqquşub. 
Ekologiyatv.info Oxu.Az-ın məlumatına istinadən xəbər verir ki, nəticədə "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov xəstəxanada ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.



Xəbər lenti