Qazaxda Gürcüstan vətəndaşı olan TIR sürücüsü avtomobilində ölü tapıldı

  11 Eki 2026    Oxunub:2

Qazaxda yük avtomobilində kişi meyiti aşkarlanıb.

Ekologiyatv.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 73 yaşlı L.Lanxavanın meyiti idarə etdiyi TIR tipli yük avtomobilində tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.




Xəbər lenti