2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin başa çatmasının ardından turnirin pley-off mərhələsinə yüksələn bütün 32 milli komanda müəyyənləşib.
1/16 finalın cütləri:
Almaniya - Paraqvay;
Fransa - İsveç;
Cənubi Afrika Respublikası - Kanada;
Niderland - Mərakeş;
Portuqaliya - Xorvatiya;
İspaniya - Avstriya;
ABŞ - Bosniya və Herseqovina;
Seneqal - Braziliya;
Yaponiya - Kot-d'İvuar;
Norveç - Meksika;
Ekvador - İngiltərə;
Konqo Demokratik Respublikası - Argentina;
Kabo-Verde - Avstraliya;
Misir - İsveçrə;
Əlcəzair - Kolumbiya;
Dünya çempionatının pley-off mərhələsində komandalar 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Məğlub olan komandalar isə turnirlə vidalaşacaqlar.
Dünya çempionatının pley-off mərhələsi artıq bu gün start götürəcək. Turnirin ilk 1/16 final qarşılaşmasında Kanada millisi Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.
Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.









