Ekologiyatv.info xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.
Paytaxt təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
D.Mertens son olaraq ölkəsində "Telstar"ın üzvü olub. O, karyerası ərzində Niderlandın "TOP Oss" və "Volendam" komandalarının şərəfini qoruyub.
Mertens eyni zamanda Rusiyanın "Fakel" (Voronej), Bolqarıstanın "Botev" (Plovdiv) və "Sarsko Selo" klublarında legioner həyatı yaşayıb.









